Qurban Qurbanov Azərbaycan Respublikasının "əməkdaş məşqçi"si fəxri fərmanı ilə təltif edilib

Qurban Qurbanov Azərbaycan Respublikasının "əməkdaş məşqçi"si fəxri fərmanı ilə təltif edilib
"Qarabağ"ın baş məşqçisi mükafata layiq görülüb. Siasport.az saytı xəbər verir ki, komandanın gənc çalışdırıcısı Qurban Qurbanov Azərbaycan Respublikasının "əməkdaş məşqçi"si fəxri fərmanı ilə təltif edilib. "Rəvan" - "Qarabağ" matçı öncəsi Gənclər və İdman Nazirliyinin futbol şöbəsinin müdiri Nüvər Xasıyev Qurban Qurbanovu diplomla təltif edib.

Dörd ildir məşqçiliyə başlamasına baxmayaraq artıq qazandığı nailiyyətlərlə ölkədə ən seçkin çalışdırıcılardan sayılan Qurban Qurbanov 4 ilin hər birində medal qazanıb: 2 bürünc, 1 gümüş və 1 ölkə kuboku. Qurban Qurbanov "Qarabağ"la Avrokuboklarda Azərbaycanın ən yaxşı nəticələrini qazanıb. Son 3 ildə Avroliqada 10 mərhələ oynayan və 7 dəfə növbəti tura yüksələn "Qarabağ"ın baş məşqçisi məhz 39 yaşlı Qurbanov olub. Qurban Qurbanov indidən "Qarabağ"ı ən uzun müddətə çalışdıran məşqçi kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə