Rusiyada keçirilən bədii gimnastika üzrə açıq beynəlxalq turnirdə həmyerlimiz Balaxanım Əhmədova bütün rəqiblərini arxada qoyaraq qızıl medal qazanıb. Siasport.az saytı xəbər verir ki, Rusiyanın Petrozavodsk şəhərində baş tutan yarışda Balaxanım Əhmədova 2000-01-ci il təvəllüdlü gimnastların mübarizəsində qalib gəlib. Alətsiz, ip və topla hərəkətlərin yekununda gimnastımız 68.048 bal toplayaraq həmyaşıdları üçün əlçatmaz olub.
Qeyd edək ki, Perozavodsk şəhərində keçirilən turnirdə qalib gələn Balaxanım Əhmədova oktyabr ayının 20-də Moskva şəhərində start götürəcək bədii gimnastika üzrə daha bir mötəbər yarışda qüvvəsini sınayacaq. Rusiya paytaxtındakı turnir üç gün davam edəcək. İdmançılar fərdi yarışlarda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB