Əmrə Belezoğlu millimizlə qarşılaşmada meydana çıxacaq

Əmrə Belezoğlu millimizlə qarşılaşmada meydana çıxacaq
Futbol üzrə Türkiyə millisinin və İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Əmrə Belazoğlu, milli komandamızla və Almaniya millisi ilə keçiriləcək qarşılaşmalarda meydanda olacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə futbolçunun özü dünən axşam TRT –1 televiziyasında yayımlanan "Stadyum" proqramında açıqlama ilə çıxış edib. Ə.Belezoğlu bildirib ki, həkimlərin səyi ilə zədəsini demək olar ki, tam sağaldıb və Azərbaycan və Almaniya ilə keçiriləcək qarşılaşmalarda yaşıl meydanlarda olmaq istəyir. "Fənərbaxça"lı futbolçu eyni zamanda komandada əhval-ruhiyyənin əla olduğunu, Metris həbsxanasında olan klub prezidenti Əziz Yıldırımın psixoloji baxımdan əla durumda olduğunu, üstəlik "Fənərbaxça" prezidentinin futbolçulara hər cür dəstək verdiyini də canlı yayımda dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə