"Qarabağ" oktyabrın 5-də məşqlərə başlayacaq

"Qarabağ" oktyabrın 5-də məşqlərə başlayacaq

"Qarabağ" klubu istirahətdədir. Siasport.az saytı xəbər verir ki, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandanın baş məşqçisi Qurban Qurbanov bəzi futbolçuların yığmanın düşərgəsinə yollanmasından sonra legioner və digər yerlilərə istirahət etmək şansı yaradıb. Buna baxmayaraq, Zaur Həşimov, Maksim Medvedev, İlqar Qurbanov, Bəxtiyar Soltanov bazaya gələrək fərdi olaraq trenajorda çalışıblar.

Komanda millidə oynayan futbolçular olmadan oktyabrın 5-də məşqlərə başlayacaq. Legionerlərə verilən 4 günlük icazə həmin gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə