Voleybol üzrə milli komandamız Avropa çempiopatının \"play-off\" mərhələsinə vəsiqə qazanıb
İtaliya və Serbiyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempiopatının qrup mərhələsində son turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, milli komandamız Monza şəhərində üçüncü matçına çıxıb.
Faiq Qarayevin yetirmələri Xorvatiya millisini sınağa çəkib. Bu, millimizin növbəti mərhələyə vəsiqə qazanması üçün son şansı idi. Yığmamız \"play-off\"a adlamaq üçün mütləq 3:1 və ya 3:0 hesablı qələbə qazanmalı idi. Faiq Qarayevin yetirmələri bu şansdan yararlanıb, Xorvatiyanı 3:1 hesabı ilə yenib.
Bununla da millimiz \"play-off\" mərhələsinə vəsiqə qazanıb.
İtaliya bir gün əvvəldən vəsiqəni təmin etdiyindən üçüncü vəsiqəyə Türkiyə və Xorvatiya iddia edirdi. Türkiyə olduqca çətin vəziyyətdə idi. \"Ay-ulduzlular\" turnirin favoritlərindən olan İtaliyadan ən azı iki set almalı idi ki, nəyinki bunu bacardılar, hətta qələbə də qazandılar.
AVRO-2011
B qrupu
25 sentyabr
Azərbaycan - Xorvatiya 3:1 (27:25, 18:25, 25:21, 25:18)
İtaliya - Türkiyə 3:2 (25:21, 26:28, 16:25, 25:22, 9:15)
№ | Komanda | O | Q | M | S/F | X |
1 | İtaliya | 3 | 2 | 1 | 8:4 | 6 |
2 | Türkiyə | 3 | 2 | 1 | 6:6 | 6 |
3 | Azərbaycan | 3 | 1 | 2 | 5:7 | 0 |
4 | Xorvatiya | 3 | 1 | 2 | 4:6 | 3 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB