Vaqif Əliyev: "Son oyunlarda məğlub olsaq da, şənbə günü qələbə qazanmaq üçün mübarizə aparacağıq”-AÇIQLAMA
Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz"i qəbul edəcək "Simurq" oyuna hazırlıqları davam etdirir. Siasport.az saytı xəbər verir ki, "Simurq"un icraçı direktoru Vaqif Əliyev qeyd edib ki, komandanın heyətində zədəli futbolçu yoxdur. V.Əliyev futbolçularda əhval-ruhiyyənin yaxşı olduğunu, həmçinin doğma azarkeşlər önündə "Kəpəz"i məğlub etməyə çalışacaqlarını bildirib: "Kəpəz" ard-arda qələbələr qazandı və komanda stabil oyun nümayiş etdirir. Son oyunlarda məğlub olsaq da, şənbə günü qələbə qazanmaq üçün mübarizə aparacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB