Qayayadırmanma üzrə Açıq Azərbaycan Çempionatının qalibləri mükafatlandırıldı

Qayayadırmanma üzrə Açıq Azərbaycan Çempionatının qalibləri mükafatlandırıldı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10 sentyabr 2011-ci il tarixində Bakı şəhərindəki "Green Rock" süni Qayayadırmanma Mərkəzində keçirilən idman qayayadırmanması üzrə Açıq Azərbaycan Çempionatının qalibləri federasiyanın prezidenti Hüseyn Bağırov tərəfindən hədiyyə və diplomlarla təltif olunublar. Siasport.az saytı siyahını nəzərinizə çatdırır:

Kişilər arasında

Rinat Salikov ( "A+A" idman klubu) ,

Denis Lensov (Dağ idman klubu),

Emin Məmmədov (Dağ idman klubu),

Çingiz Tağızadə ("Ekosport" idman klubu),

Şamil Xud ("A+A" idman klubu),

Rza Məmmədov ("RATK" idman klubu);

Qadınlar arasında

Könül Hüseynova ("Climb club"),

Yevgeniya Şiyanova (Dağ idman klubu),

Yelena Safronova (Dağ idman klubu),

Pərvin Qasımova ("Climb club"),

Günay İsrafilova ("Salavat" idman klubu),

Təranə Aslanova ("Climb club") idman qayayadırmanması üzrə Respublika Çempionatında göstərdikləri yüksək nəticələrə görə ilk yerlərin qalibləri olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə