Çempion penalti seriyasında müəyyənləşib

Çempion penalti seriyasında müəyyənləşib
Həvəskar komandalar arasında XIII ölkə çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, AFFA Futbol Mərkəzindəki Dalğa Arenada keçirilən final oyununda "Çevik" və "Neftçi" komandaları qarşılaşıb. Əsas və əlavə vaxtda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Neftçi" 9:8 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə