İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim dünən jurnalistlər üçün iftar süfrəsi açıb. Siasport.az saytı xəbər verir ki, "imperator" ləqəbli futbol mütəxəssisi, jurnalistlərlə söhbət edərək bu müqəddəs ayın fəzilətləri barədə danışıb, eyni zamanda bu ayın hər bir müsəlman üçün olduqca mənəvi dəyərə sahib olduğunu dilə gətirib.
Xatırladaq ki, F.Terimin verdiyi iftar süfrəsində jurnalistlərlə yanaşı, bir çox futbol mütəxəssisləri, futbolçular və digər şəxslər də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB