"Liverpul" deyəsən yeni mövsümdə də "qapazaltı" komanda kimi qalacaq...

"Liverpul" deyəsən yeni mövsümdə də "qapazaltı" komanda kimi qalacaq...

Deyəsən bu yeni mövsümdə də İngiltərənin "Liverpul" futbol klubu öz adına yaraşan futbol oynaya bilməyəcək. Siasport.az saytı xəbər verir ki, İngiltərə Premyer Liqasının ilk turunda öz meydanında "Sunderland"ı qəbul edən "Liverpul", oyunun 11-ci dəqiqəsində uruqvaylı Suaresin qoluna sevinsə də, qarşılaşmanın 57-ci dəqiqəsində "Sunderland"ın qoluna imza atan Larsson Liverpul şəhərinin təmsilçisini qələbədən məhrum edib. Belə görünür ki, bu yeni mövsümdə də "Liverpul"un çempionluq uğrunda mübarizə aparması elə xəyal olaraq da qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə