UEFA-nın saytında qızlardan ibarət Azərbaycan U-16 yığması barədə yazı yerləşdirilib. Siasport.az saytı yazını diqqətinizə çatdırır: "Bu gün UEFA Azərbaycanın qızlardan ibarət U-16 komandasını Nyondakı qərargahında təlim–məşq toplanışında salamlayır.
Burada, UEFA-nın futbol hazırlığı mərkəzində UEFA mütəxəssislərinin rəhbərliyi ilə Azərbaycan millisi 2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya cempionatına hazırlıq keçəcək.
UEFA-nın baş katibi Gianni İnfantino deyir: "UEFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının qadın futbolunu inkişaf etdirmək fəaliyyətini yüksək qiymətləndirir. Biz onlarin kütləvi futbolun inkişaf fəaliyyətini dəstəkləyirik".
AFFA-nın baş katibi Elxan Məmmədov: "Biz fəxr edirik ki, UEFA bizim qadın futbolunun inkişafı fəaliyyətimizi dəstəkləyir. AFFA bu istiqamətdə regiondakı digər ölkələrə nümunə olmaq istəyir".
Azərbaycanlı qızlar bu toplanış çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcəklər. Onlar avqustun 10-da və 12-də Kolovre stadionunda İsveçrənin "Vaud" klubu və milli komandasıyla görüşəcəklər.
Milli komandaların oyununu G.İnfantino, E. Məmmədov, UEFA İcrayyə Komitəsinin üzvü və UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund və İsvecrə Futbol Federasiyasının baş katibi Aleks Mişer izləyəcəklər.
Azərbaycanlı oyuncular və məşqcilər həm də UEFA qərargahına səfər edəcək, burada qadın futbolunun inkişafı və yarışları ilə məşğul olan həmkarlarıyla gorüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB