İqor Mitreski: \"Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək\"
Avqustun 10-da Azərbaycan və Makedoniya milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Siasport.az saytı xəbər verir ki, \"Neftçi\"nin makedon futbolçuları - İqor Mitreski və Slavço Georgievski də bu oyuna dəvət olunublar. Georgievskidən fərqli Mitreski zədə üzündən yığmamızla görüşdə meydana çıxa bilməyəcək.
Təcrübəli müdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: \"Zədəm sağalmaq üzrədir. Fikrimcə, bir neçə gündən sonra komanda ilə məşqlərə qoşula biləcəm. Hazırda yalnız fərdi məşqlərlə kifayətlənirəm. Makedoniya milli komandasına dəvət olunsam da, təəssüf ki, zədə üzündən meydana çıxa bilməyəcəm. Məncə, Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək. Bununla belə, azarkeşlərin maraqlı oyunun şahidi olacaqlarına inanıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB