Berti Foqts klublarımızın avrokubok oyunlarında

Berti Foqts klublarımızın avrokubok oyunlarında
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2 klubumuzun avrokuboklardakı oyununu canlı izləyəcək. Siasport.az saytı xəbər verir ki, baş məşqçi "Neftçi"nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün Zaqreb şəhərində "Dinamo" komandası ilə keçirəcəyi oyunu, həmçinin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək "Makkabi" (Təl-Əviv, İsrail) – "Xəzər Lənkəran" qarşılaşmasını stadionda izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə