\"PSJ\" Anelkaya görə \"Çelsi\"yə 9 milyon avro təklif etdi!

\"PSJ\" Anelkaya görə \"Çelsi\"yə 9 milyon avro təklif etdi!
Fransanın \"PSJ\" futbol klubu, İngiltərənin \"Çelsi\" futbol klubunun ulduz futbolçusu Nikola Anelkanı transfer etməyə çalışır. Siasport.az saytı xəbər verir ki, artıq fransız klubunun rəsmi saytı da bu xəbəri təsdiqləyib. Klubun açıqlamasında deyilir ki, onlar \"zadəganlar\"a N.Anelkanın transferi müqabilində 9 milyon avro ödəməyə hazırdırlar. Artıq hər iki klub arasında bu transferlə baqlı danışıqların getdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə