Əfran İsmayılov: “Qarabağ” “Streymur”la oyunlara çox ciddi hazırlaşmalıdır\"-MÜSAHİBƏ

Əfran İsmayılov: “Qarabağ” “Streymur”la oyunlara çox ciddi hazırlaşmalıdır\"-MÜSAHİBƏ
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müshaibə verib. Siasport.az saytı futbolçusunun müsahibəsini nəzərinizə çatdırır:


- Artıq ikinci təsnifat mərhələsinin oyunlarına hazırlığa başlamısız. Farer adalarının "Streymur" klubu haqda nəsə öyrənə bilmisiz?
- Bəli, artıq məşqlərə başlamışıq. "Streymur"la oyuna ciddi hazırlaşırıq. Artıq onların bir neçə oyunlarına baxmışıq. Çox yaxşı komandadır. Çoxları bu komandanı zəif hesab etsə də, biz onlara çox ciddi yanaşırıq. Məsələn, onlar ötən il İngiltərənin "Manchester City" klubu ilə qarşılaşıblar. Uduzsalar da kifayət qədər layiqli müqavimət göstəriblər. Amma istənilən halda biz Farer adalarından müsbət nəticə ilə qayıtmaq istəyirik.


- Amma demək olar ki, "Streymur" yüksək səviyyəli klublardan deyil...

- Razıyam. Mümkündür ki, bizi qarşıdakı oyunların da favoriti hesab etsinlər. Bizdən bu dəfəki səfər matçında da uğurlu nəticə gözləyirlər. Amma sizə deyim ki, artıq zəif komanda yoxdur. Biz sadəcə meydana çıxıb öz futbolumuzu oynamağa çalışacağıq.

- Farerlilərin oyunu haqda nə deyə bilərsiz?
- Onlar çox yaxşı oynayırlar. Yaxşı paslaşırlar, qolları isə deyərdim ki, çox gözlənilməz olur. Buna görə də, "Qarabağ" "Streymur"la oyunlara çox ciddi hazırlaşmalıdır.

- Farer adalarına qədər olan məsafənin kifayət qədər uzun olması mənfi təsir göstərə bilərmi?
- Nə edə bilərik ki? Artıq belə şeylərə alışmışıq. Elə ötən mövsümdə də "Portadaun"la oynamaq üçün Şimali İrlandiyaya yollanmışdıq. Amma bildiyiniz kimi, meydana çıxıb qələbə qazanmışdıq.


- Bəs hava şəraiti? Çətin ki, ada ölkədə sizi Bakıdakı isti gözləsin...

- Bunun problem yaradacağını düşünmürəm. Axı biz təkcə yayda yox, qışda da futbol oynayırıq. Ona görə də bunun necə olduğunu bilirik. Digər tərəfdən biz ordakı havanı düşünərkən, onlar da Bakıdakı istidən narahatdırlar. Ona görə də hesab edirəm ki, bərabər vəziyyətdəyik. Hər şeydən önəmli olan isə meydana çıxıb öz futbolunu göstərməkdir.

- Ötən mövsüm siz komandanızın Avroliqadakı bombardiri olsanız da, bu il hələlik susursuz...

- Düzünü deyim ki, bu haqda heç düşünmürəm də. Mənim üçün ən əsası komandama yardımçı olmaqdır. Həm də kiçik zədəm olduğundan mən "Banga" ilə ilk oyunda meydana çıxa bilməmişdim. Mən hələ optimal formamı bərpa edə bilməmişəm.


- Bəs hazırda zədənlə bağlı vəziyyət nə yerdədi?
- Allaha Şükür ki, indi artıq hər şey yaxşıdır. Yaxın zamanda öz formamı bərpa edəcəyimə inanıram. O zaman qollarımı da vurmağa davam edəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня