“Qızıl Qran-Pri” turnirinin son günü idmançılarımız 9 medal qazandılar
Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışın sonuncu günü mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar. Azərbaycanı yarışda baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında 18 güləşçi təmsil edib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən turnirdə Azərbaycanın 2 güləşçisi - Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Taleh Məmmədov (55 kq), Elvin Mürsəliyev (74), Saman Təhmasibi (84 kq) gümüş, Orxan Əhmədov, Eldəniz Əzizli (hər ikisi 55 kq), Kamran Məmmədov (60 kq) və Vitali Rəhimov (66 kq) bürünc medalların sahibi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB