\"Qızıl Qran-Pri\"nin final mərhələsində qadın güləşçilər mübarizəyə qoşuldu

\"Qızıl Qran-Pri\"nin final mərhələsində qadın güləşçilər mübarizəyə qoşuldu

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulublar. Siasport.az saytı püşkatmanın nəticələrinə görə güləşçilərimizin rəqiblərini diqqətinizə çatdırır:


48 kq

¼ final - Mariya Stadnik - Yana Stadnik (GBR)


51 kq

1/8 final - Anjela Doroqan - Natalia Budu (MDA)


55 kq

1/8 final - Yuliya Ratkeviç - İrina Kisel (RUS)


59 kq

¼ final - Sona Əhmədli - Katerna Melnikova (RUS)

¼ final - Olesya Zamula - Ganna Vasylenko (UKR)


63 kq

1/8 final - Gözəl Zutova - Maryana Kvyatkovska (UKR)

¼ final - Anna Belyayeva - Natalia Smirnova (RUS)


67 kq

¼ final - Nataliya Palamarçuk - Yuliya Bartnovskaya (RUS)

¼ final - Zümrüd Qurbanhacıyeva - Anna Savenia (BLR)


72 kq

1/8 final - Dina İvanova - Katerina Burmistrova (UKR)

1/8 final - Nadya Sementsova - Anna Jenny Eva Maria Fransson (SWE)


Xatırladaq ki, yarışlara giriş pulsuzdur.

Xatırladaq ki, turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparıblar. Yığmamız ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc qazanmaqla komanda hesabında birinci yeri tutub. Qızıl medalları Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumov (96 kq) qazanıb. Gümüş medalları Ağahüseyn Mustafayev (60 kq) və Əşrəf Əliyev (74 kq), bürünc medalları isə Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) adına yazılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə