Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi çərçivəsində sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkatmanın nəticələrinə görə güləşçilərimizin rəqibləri aşağıdakılardır:
55 kq
1/8 final - Azər Paşayev - Givi Davidovi (GEO)
1/8 final - Yaşar Əliyev - Tristani Chirgadze (GEO)
¼ final - Mahmud Məhəmmədov - Nurlan Makenaliyev (KGZ)
60 kq
1/8 final - Toğrul Əsgərov - Malkhaz Zarkua (GEO)
1/8 final - Ağahüseyn Mustafayev - R.Velikov (BUL)
1/8 final - Zəlimxan Hüseynov - Alexander Bogomoev (RUS)
66 kq
1/8 final - Emin Əzizov - H. Garcia Veranes (CAN)
1/8 final - Cəbrayıl Həsənov - Philip Simpson (USA)
1/8 final - Xəqan Süleymanov - Kotaro Tanaka (JPN)
74 kq
1/16 final - Əşrəf Əliyev - Gocha Lomtatidze (GEO)
1/8 final - Aleksandr Qostiyev - Umidjon İsmanov (UZB)
1/8 final - Aqil Quliyev - M. Gentry (CAN)
84 kq
1/8 final - Hacı Əlicanov - Beka Chelidze (GEO)
1/8 final - Şərif Şərifov - Piotr İanulov (MDA)
1/8 final - Novruz Temrezov - İstivan Vereb (HUN)
96 kq
¼ final - Xetaq Qazyumov - Şamil Əhmədov (RUS)
¼ final - Mehman İmanquliyev - Levan Seturidze (GEO)
120 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Jose Cuba Vazguez (ESP)
1/8 final - Əli İsayev - Fatih Çakıroğlu (TUR)
İlkin görüşlər bu gün saat 10:00-da başlayacaq. Saat 17.00-da turnirin təntənəli açılış mərasimi olacaq. Yarışlara giriş pulsuzdur. Final qarşılaşmaları isə saat 18.00-da başlayacaq. Bütün azarkeşləri yarışın keçirildiyi Heydər Əliyev adına İdman Konsert Kompleksinə idmançılarımızı dəstəkləməyə çağırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB