Latviya yığma komandasının hücumçusu Maris Verpakovskis Aleksandr Starkovun baş məşqçisi olduğu Azərbaycanın "Bakı" komandası ilə ikiillik kontrakt imzalayıb. Siasport.az saytı xəbər verir ki, son iki mövsümdə Verpakovskis Yunanıstan superliqasında "Erqotelis" komandasının heyətində çıxış edib.
Verpakovskis Twitter mini-bloqqinq şəbəkəsində yazır ki, əldə edilmiş razılaşma bir mövsüm üçün nəzərdə tutulub. Lakin onu daha bir mövsüm üçün uzatmaq mümkündür. Bu günlərdə futbolçu Sloveniyaya, öz komandasının məşq düşərgəsinə yola düşməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB