"Xəzər Lənkəran" rəqibini darmadağın etdi

"Xəzər Lənkəran" rəqibini darmadağın etdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" gündə iki dəfə olmaqla hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" yoxlama oyunu çərçivəsində məskunlaşdığı Fulpmes şəhərinin eyni adlı həvəskarlar liqasında çıxış edən komadası ilə qarşılaşıb. Gözlənildiyi kimi, matç boyu rəqibindən üstün olan komanda yerli komandanı demək olar ki, topsuz qoymaqla darmadağına imza atıb. Rahid Əmirquliyev və komandanın heyətində baxışda olan Borbeli Çaba het-trikə imza atdığı halda, yeni transferlər Tosin Dosunmu və Marius Onofranş hərəyə bir dəfə fərqləniblər. Digər qolları isə Alim Qurbanov (dubl), Elnur Abdullayev və baxışda olan Hadişan rəqib qapısından keçirməklə 12:0 hesablı sonluğa imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня