"Barselona"nın transfer niyyətləri artıq gerçəyə çevrilir. Belə ki, katalonlar Sesk Fabreqas və Aleksis Sançezin İspaniya çempionuna transferi barədə ən geci sabah rəsmi açıqlama gətirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Arsenal"ın kapitanı Fabreqas və "Udineze"nin ulduz oyunçusu Sançezin bu həftə sonu "Barselona" forması geyinəcəyi gözlənilir.
"Barselona" Fabreqas üçün ilk öncə 30 milyon avro təklif etsə də, "Arsenal"dan rədd cavabı almışdı. Lakin Kataloniya təmsilçisi məbləği 5 milyon avro artırmaqla London təmsilçisini razı sala bilib. Sançezin isə "Mançester Siti"yə transfer olacağı gözlənilsə də, ingilis təmsilçisi bu rəqabətdə "Barselona"ya məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB