“İqtisadçı” klubunun rəqibi müəyyənləşib

“İqtisadçı” klubunun rəqibi müəyyənləşib

Qadın voleybol komandaları arasında keçiriləcək Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışlarında Azərbaycanı təmsil edəcək Bakının "İqtisadçı" klubunun rəqibi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq "İqtisadçı" klubunun rəqibi Rumıniyanın "Dinamo" komandası olacaq.

Bu mərhələnin ilk görüşləri noyabrın 29 -da və dekabrın 1-də, cavab qarşılaşmaları isə dekabrın 6-8-də oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə