Uinston Parks: “Bakı”da oynamaq əlavə zövq mənbəyidir"-AÇIQLAMA

Uinston Parks: “Bakı”da oynamaq əlavə zövq mənbəyidir"-AÇIQLAMA

"Bakı" futbol klubu transfer fəaliyyətini davam etdirir. Siasport.az saytı xəbər verir ki, yerli futbolçular Elvin Məmmədov, Elvin Əliyev və Novruz Məmmədovu heyətinə qatan paytaxt klubu Uinston Parksla 2 ilik müqavilə imzalayıb.

Komandanın yeni transferi, Kosta-Rika milli komandasının üzvü Uinston Parks "Bakı"futbol klubuna keçidi və yeni mövsümdə qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqlayıb: "Bakı" yaxşı təşkil olunmuş klubdur. İlk dəfə bura gələndə futbol oynamaq üçün ideal şərait yaradıldığının şahidi oldum. Görünür ki, burada futbolçulara qayğı göstərilir və xüsusi diqqət yetirilir. Yaradılmış şəraiti görən hər bir futbolçu üçün "Bakı"da oynamaq əlavə zövq mənbəyidir.

Kluba yeni gəlmiş bir futbolçu kimi mənim də müəyyən çətinliklərim var. Hər məşqdən sonra komandama daha çox öyrəşməyə başlayıram. İnanıram ki, tez bir uyğunlaşma dövrünü bitirib, qarşıdan gələn mövsümdə yeni komandamla uğurlara imza atacağam.

İlkin vəzifə olaraq gələn mövsüm "Bakı" ilə kubok və çempionluğu qazanmaq istəyirəm. Bura gəlmişəmsə, kluba xeyr verməliyəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

Əsas məqsəd kuboku və çempion titulunu qazanmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə