Avropa çempionatında artıq bir idmançımızın medal qazanacağı rəsmiləşib

Avropa çempionatında artıq bir idmançımızın medal qazanacağı rəsmiləşib

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında artıq bir idmançımızın medal qazanacağı rəsmiləşib. Siasport.az saytı xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1\4 finalda fransalı Jeremi Bekkunu məğlub edərək, yarımfinala vəsiqə qazanıb. İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib. Boksçumuz 2-ci hissədə təşəbbüsü əldən versə də, həlledici hissədə toparlanmağı bacarıb. Nəticədə, Əlizadə 26:19 hesabı ilə qalib gələrək ən azı bürünc medalı özünə təmin edib. Gənclər arasında dünya çempionu olan Əlizadə finala gedən yolda İngiltərə komandasının üzvü Çarlz Edvardsla qarşılaşacaq. Edvards ¼ finalda ispaniyalı Joze Kelvin Nieveni mübarizədən kənarlaşdırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə