"Lyon" Klaude Pueli istefaya göndərdi

"Lyon" Klaude Pueli istefaya göndərdi

Fransanın "Lyon" futbol klubu baş məşqçi Klaude Pueli istefaya göndərib. Siasport.az saytı xəbər verir ki, artıq 3 ildir ki, ardıcıl Fransa Çempionu ola bilməyən "Lyon" klubu, artıq bu baş məşqçi ilə əməkdaşlığa son qoymaq qərarı verib. Fransız klubunun rəsmi saytı xəbər verir ki, rəhbərlik K.Puelin fəaliyyətindən çox narazı qalıb və yeni baş məşqçi axtarışına çıxıb. Bu arada məlum olub ki, "Lyon"la müqavilə müddəti hələ 1 il də davam edən K.Puelə 4 milyon avro təminat ödənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə