Elvin İsayev: “Belə ədalətsizliklə üzləşəcəyimi gözləmirdim”-AÇIQLAMA
Boksçumuz Elvin İsayev (60 kq) Avropa çempionatında türkiyəli Fatih Keleşlə döyüşdən sonra TRT-3 kanalına müsahibə verib. Siasport.az saytı xəbər verir ki, həmyerlimiz rəqibə uduzmadığını, hakimlərin qərəzli qərarlarıyla üzləşdiyini bildirib. İsayev ABF-nin rəsmi saytına verdiyi açıqlamada da özünü məğlub saymadığını söyləyib: "Mən türkiyəli idmançıya uduzmadım. Sadəcə hakimlər qeyri-obyektiv qərar qəbul etdilər. İkinci raundda heç nədən mənə xəbərdarlıq olundu. 3-cü raundda isə rəqib boks adına heç nə göstərmədi. Əlləri ilə məni tutur, döyüşdən imtina edir, qaydanı pozurdu. Amma hakimlər ona xəbərdarlıq etmədilər. 2-ci hissədən sonra hesab bərabər idi. 3-cü raund isə mənim üstünlüyümlə keçdi. Amma axırda qələbəni yerli idmançıya verdilər. Belə ədalətsizliklə üzləşəcəyimi gözləmirdim". Boksçumuz bundan sonra artıq dünya çempionatını düşünəcəyini deyib: "Sentyabrda Bakıda dünya çempionatı olacaq. Əsas məqsədim orada uğurla çıxış edərək, Olimpiya oyunlarına vəsiqə qazanmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB