\"Dinamo Zaqreb\" in baş məşqçisi: \"İlk oyunu evdə keçirməyimiz bizim üçün üstünlükdür\"-AÇIQLAMA

\"Dinamo Zaqreb\" in baş məşqçisi: \"İlk oyunu evdə keçirməyimiz bizim üçün üstünlükdür\"-AÇIQLAMA
\"\"Neftçi\" ilə qarşılaşacağımızı bilən kimi bu klub haqda məndə ilkin təəssüratlar yaranmağa başladı. \"Neftçi\"nin heyətində 5 braziliyalının, məşhur Emil Mpenzanın olduğunu və hətta Aleksandr Hleblə maraqlandığını eşitmişəm\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Dinamo Zaqreb\"in baş məşqçisi Krunoslav Jurgic deyib. O, rəqibin kim olduğunun önəmli olmadığını, \"Dinamo\"nun məqsədlərinin hamı üçün məlum olduğunu vurğulayıb: \"Biz Çempionar Liqasının qruplarına düşməyi qarşımıza məqsəd qoymuşuq və bu fakt dəyişilməz olaraq qalır. Ona görə də artıq daha çox çalışıb oyuna ciddi hazırlaşmalıyıq. Oyundan əvvəl rəqiblərimizi müzakirə edərkən \"Neftçi\" haqqında da danışmışdıq və klubun varlı olduğunu bildiyimizdən daha zəif komandalarla qarşılaşmağı arzulayırdıq. İlk oyunu evdə keçirməyimiz bizim üçün üstünlükdür. Oyun 12-13 iyulda Zaqrebdəki doğma stadionumuzda olacaq. Hazırlaşmaq üçüb çox az vaxtımız qalıb. Bundan maksimum yararlanmalıyıq\"

Bütün xəbərlər Facebook səhifəmizdə