Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanı Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) təmsil edib.
81 kq-da iki idmançımız mübarizə aparıb. Elnur Məmmədli ilk görüşündə monqolustanlı Bold-Erden Odsurenlə qarşılaşıb və ipponla qələbə qazanıb. İdmançımız növbəti rəqib braziliyalı Nasif Elias üzərində də qələbə qazanıb. E.Məmmədli italiyalı Françesko Bryuyeranı də üstələyib. Yarımfinala çıxan təmsilçimiz Leandro Qulxeyro ilə qarşılamışıb. İdmançımız üçüncü yeri tutaraq öz aktivinə 120 lisenziya xalı yazdırıb.
81 kq çəki dərəcəsindəki digər təmsilçimiz - Elxan Rəcəbli isə startda italiyalı Françesko Bryuyera ilə görüşdə ipponla uduzaraq, mükafatsız qalıb.
90 kq-da mübarizə aparan Elxan Məmmədov ilk olaraq Venesuela idmançısı Xose Kamaçonu tatami üzərində məğlub edib. İdmançımız növbəti rəqib polşalı Robert Kravçikə də üstün gəlib. Təmsilçimizin 1/4 finaldakı rəqibi kubalı Asleya Qonsales Monteyroya məğlub olaraq yarışı beşinci pillədə başa vurub və Olimpiya Oyunlarına 60 lisenziya xalı yazdırıb.
100 kq-da isə Elmar Qasımov ölkəmizi layiqincə təmsil etməyə çalışıb. O, mübarizəyə ikinci mərhələdən başlayıb. Qasımovun rəqibi Tyerri Fabreya (Fransa) ipponla məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri nokaut sistemi üzrə keçirilib. Yarımfinalda məğlub olan idmançılar avtomatik olaraq bürünc mükafatçı olublar. Yarışın mükafat fondu isə 150 min dollar olub.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qoşulan təmsilçilərimiz - Nicat Şıxəlizadə, İlqar Muşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadan (63 кг) heç biri uğur qazana bilməyib. Yalnız Elxan Məmmədovun 5-ci pilləni tutması ona 60 lisenziya xalı qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB