Heybətulla Hacəliyev: "Çladek kimi boksçularla döyüşmək çətindir"-AÇIQLAMA
Boks üzrə Avropa çempionatında (Ankara şəhəri) ilk görüşünü qələbə ilə başa vuran Heybətulla Hacəliyev (64 kq) növbəti mərhələdə çexiyalı Berzoi Çladeklə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü Çladekin onun üçün çətin rəqib olduğunu bildirib: "İstərdim ki, Moldova idmançısı çexiyalını məğlub etsin. Çünki Moldova təmsilçisi mənə daha uyğun rəqibdir. Çladek kimi boksçularla döyüşmək isə çətindir. Amma bu Avropa çempionatıdır. Hər mərhələdə get-gedə rəqiblər güclənir".
Xatırladaq ki, Hacəliyev qitə çempionatında ilk qələbəsini latviyalı Artur Axmetov üzərində qazanmışdı-21:12. Boksçumuz ilk raundda bir qədər çətinlik çəkdiyini, sonradan isə üstünlüyü ələ aldığını söyləyib: "Birinci raundda döyüşə tam uyğunlaşa bilmədim. Amma sonradan rəqibin döyüş üslubunu tam anladım və üstünlüyü ələ aldım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB