Bu gün kayak və kanoe üzrə Avropa çempionatı start götürür

Bu gün kayak və kanoe üzrə Avropa çempionatı start götürür

Bu gün Serbiyanın paytaxtı Belqradda kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək. Siasport.az saytı xəbər verir ki, 38 ölkənin qatıldığı nüfuzlu yarışda Azərbaycanı 5 idmançı təmsil edəcək. Baş məşqçi Aleksandr Kolıbelnikov yarış öncəsi heyətdə dəyişikliyə əl atıb. O, Adnan Əliyevi gənc və perspektivli Boqdan Kurudzla əvəzləyib. Kurudza 2 məsafədə çıxış etmək həvalə olunub. Bu dəyişiklikdən sonra yığmamızın üzvlərinin ilk yürüşlərinin tarixi və başlama saatı heyəti belə müəyyənləşib:

Kanoe

1 nəfərlik qayıq (C-1)

Kişilər

Məsafə: 1000 metr

17 iyun, saat 12:24. Boqdan Kurudz (seçmə mərhələ)

Məsafə: 200 metr

17 iyun, saat 12:50. Valentin Demyanenko (seçmə mərhələ)

Məsafə: 500 metr

17 iyun, saat 15:05. Valentin Demyanenko (seçmə mərhələ)

Məsafə: 5000 metr

19 iyun, saat 18:43 Boqdan Kurudz (Final A)

2 nəfərlik qayıq (C-2)

Məsafə: 1000 metr

17 iyun, saat 13:12. Sergey Bezuqlıy – Maksim Prokopenko (seçmə mərhələ)

Məsafə: 500 metr

17 iyun, saat 15:55. Sergey Bezuqlıy – Maksim Prokopenko (seçmə mərhələ)

Məsafə: 200 metr

19 iyun, saat 16:19. Sergey Bezuqlıy – Maksim Prokopenko (Final A)

Kayak

1 nəfərlik qayıq (K-1)

Qadınlar

Məsafə: 500 metr

17 iyun, saat 14:55. Nataliya Fiklisova (seçmə mərhələ)

P.S: Yürüşlərin başlama saatı Bakı vaxtı ilə göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə