Əziz Yıldırım Daniel Quizanı "Atletiko Madrid"ə satır?

Əziz Yıldırım Daniel Quizanı "Atletiko Madrid"ə satır?
İstanbulun "Fənərbaxça" futbol klubunun ispaniyalı futbolçusu Daniel Quiza, çox güman ki yaxın vaxtlarda vətəninə qayıdacaq. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun ispaniyalı futbolçusuna vətənindən "elçi" var. Belə ki, hazırda bir başqa İstanbul nəhəngi olan "Qalatasaray"la qızğın transfer sövdələşməsində olan "Atletiko Madrid" futbol klubu yeni mövsümdən etibarən ispaniyalı "oxçu"nu heyətində görmək istəyir.
Onsuz da 2008-ci ildə, "Fənərbaxça"nın o zamankı baş məşqçisi Luis Araqonesin təkidi ilə "Xetafe"dən "Fənərbaxça"ya transfer olunan "oxçu", gözlənilən futbolu nümayiş etdirə bilmədiyi üçün və davamlı olaraq zədə epidemiyası üzündən daima ehtiyat oyunçular skamyasında əyləşdiyi üçün onun satılmasında başda klubun prezidenti Əziz Yıldırım olmaqla bütün rəhbərlik maraqlıdır. Necə deyərlər, "Fənərbaxça" D.Quizanı sərfəli qiymətlə "əldən çıxarmağa" hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə