İspaniyanın \"Real Madrid\" futbol klubunun türk əsilli alman ulduzu Mesut Özil, İngiltərənin \"Mançester Yunayted\" futbol klubunun transfer təklifini rədd edib. Siasport.az saytı xəbər verir ki, \"qırmızı şeytanlar\"ın baş məşqçisi Ser Aleks Fergusson, M.Özilin transferində israrlı imiş. Hər halda İspaniyanın məşhur \"Marça\" qəzeti yazır ki, ingilis klubu, M.Özilin meneceri ilə əlaqə saxlayaraq, türk əsilli futbolçuya, \"Real\"ın ona ödədiyi məvacibdən 2,5 dəfə çox pul verməyə hazır olduqlarını dilə gətirib. Lakin M.Özil, \"Real\"dan başqa heç bir klubda oynamaq istəmədiyini, Joze Maurinyo ilə çalışmaq dan da məmnun olduğunu ingilislərin diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB