Wesley Şneyder \"İnter\"i tərk etməyəcək

Wesley Şneyder \"İnter\"i tərk etməyəcək

İtaliyanın \"İnter\" futbol klubunun hollandiyalı futbol ulduzu Wesley Şneyder, haqqında gəzən transfer söz-söhbətlərinə birdəfəlik son qoyub. Siasport.az saytı xəbər verir ki, hollandiyalı təcrübəli futbolçu, italyan klubundakı futbol həyatından çox, amma çox xoşbəxtdir. \"İnter\"in 27 yaşlı ulduz futbolçusu, Hollandiyanın \"The Sport Editions\" qəzetinə müsahibə verərək bildirib ki, o Milan şəhərini çox sevir və \"İnter\"dəki futbol həyatının ailə mühitinin bir hissəsi olduğu qənaətindədir. Xatırladaq ki, W.Şneyderin transferində İngiltərənin \"Mançester Yunayted\" və \"Çelsi\" futbol klublarının da adı hallanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə