Kaka \"Real\"dakı türk futbolçuların tərifini göyə qaldırdı!

Kaka \"Real\"dakı türk futbolçuların tərifini göyə qaldırdı!
İspaniyanın \"Real Madrid\" futbol klubunun braziliyalı futbol ulduzu Kaka, komanda yoldaşları olan türk əsilli almaniyalı futbolçular barəsində bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, dünyanın ən yaxşı futbolçularından sayılan braziliyalı futbol ulduzu, yeni komanda yoldaşlarının tərifini göylərə qaldırıb. Amma, təkcə Nuri Şahini o qədər da yaxşı tanımadığını etiraf etməklə bərabər. Kaka, Almaniyanın \"Sportbild\" jurnalına müsahibə verərək, Hamit Altıntopun \"Bayern Münhen\"də gözəl futbol nümayiş etdirdiyini, UEFA Çempionlar Liqasında \"Bavariya\" ilə uğurlara imza atdığını siqqətə çatdırıb. Bundan başqa Məsut Özilin də yaxşı futbolçu və gözəl insan olduğunu, ən əsası isə yaxşı dostluq keyfiyyətlərinə sahib olduğunu deyən Kaka, Borrussiya \"Dortmund\"undan \"Real\"a transfer olunan Nuri Şahinə yaxşı bələd olmadığını, amma Almaniya Bundesliqasında böyük uğurlar qazandığından xəbərdar olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə