Simeone özündən çıxdı

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Selta” ilə oyunda Klement Lenqleti meydandan qovduğu üçün baş hakim Sezar Qradonu “həyasız” adlandırıb. SİA xəbər verir ki, “Atletiko Madrid”in çalışdırıcısı matçın (1:1) 40-cı dəqiqəsində hakim Madrid klubunun müdafiəçisinə ikinci sarı vərəqə göstərdiyi üçün özündən çıxıb və “həyasız” ifadəsini işlədib. Oyundan sonra isə Simeone hakimliyə münasibət bildirməkdən imtina edib: “Bağışlayın, amma yox. Kriteriyalar məlumdur. Bu barədə danışmağın mənası yoxdur, çünki bu, heç nəyi dəyişməyəcək. Matçlar zamanı vəziyyətlərə fikir verirəm. Gücümüz bərabər olanda oyuna nəzarət edirdik və təhlükəli əks-hücumlar keçirdik. On nəfərlə yaxşı müdafiə olunduq və Kokenin şansından başqa heç nə yarada bilmədik. Amma ümumilikdə komandanın oyunundan çox razıyam”, – Simeone bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə