Azərbaycan taekvondoçusu ABŞ-da keçiriləcək beynəlxalq düşərgəyə xüsusi dəvət alıb
Azərbaycan taekvondoçusu, Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov ABŞ-da keçiriləcək Mayami 2025 Beynəlxalq Taekvondo Düşərgəsinə dəvət alıb. Bu barədə SİA-ya Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.
O, xüsusi qonaq və təlimçi qismində düşərgədə ustad dərsləri keçərək iştirakçılarla öz təcrübəsini bölüşəcək.
Qeyd edək ki, düşərgə 30–31 avqust tarixlərində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə