Fərid Qayıbov İşçi Qrupunun üzvləri ilə görüşüb - FOTOLAR

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunun üzvləri ilə görüşüb. SİA Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gənclər və idman sahəsində də uğurla davam etdiyini vurğulayıb.

Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində işçi qrupunun əhəmiyyətini vurğulayıb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Birol Akgün də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə