AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubu tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli assosiasiyadan verilən məlumata görə, Gəncə təmsilçisinin U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib.
Gənclər Liqasının “Qarabağ”la matçında rəqibi təhqir etdiyinə görə 3 oyun diskvalifikasiya edilən futbolçunun cəzası azaldılıb. Belə ki, cəzanın biri şərti olaraq dəyişdirilib, 3 ay sınaq müddəti müəyyən olunub . Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB