İngiltərə Premyer Liqasında 30-cu turun oyunları davam edir.
SİA xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Arsenal" doğma meydanda "Fulhem"lə qarşılaşıb. Görüş "topçular"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda yaxşı günlərini keçirməyən "Mançester Yunayted" isə səfərdə "Nottingem Forest"ə uduzub - 0:1.
Qeyd edək ki, "Arsenal" 61 xalla ikincidir. "Nottingem Forest" qələbə sayəsində xallarını 57-yə yüksəldib. "Qırmızı şeytanlar" isə 37 xalla 13-cü sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə