"Fənərbaxça” UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb. SİA xəbər verir ki, doğma meydanda “Anderlext”i darmadağın edən “Fənərbaxça” (3:0) səfər matçına bir qədər rahat çıxıb. Joze Mourinyonun yetirmələri İstanbulda ətdə etdikləri avantajı qoruyub saxlayıblar. Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, “Fənərbaxça” 1/8 finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə