Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda məğlub olub. SİA-nın məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İngiltərə ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə