Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri yarışdan 3 medalla dönürlər.
Yığmanın heyətində Ələddin Məlikov (16-17 yaş / 68 kiloqram) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kiloqram) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kiloqram) bürünc mükafata yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə