Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib. SİA-nın məlumatına görə, toplantıda komitənin gələcək fəaliyyət planı müzakirə edilib.
Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov komitə üzvlərini dinləyib və müvafiq tövsiyələr verib.
Qeyd edək ki, İdman Federasiyaları Marketinq Komitəsi hər ay toplanaraq idman növlərinin populyarlığını artırmaq məqsədilə marketinq, PR və digər sahələrin inkişafına dair vacib təkliflər hazırlamağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə