"Sabah" 20 turda on heç-heçə edən üçüncü komanda olub

"Sabah" Azərbaycan çempionatı tarixində bir mövsümdə ilk 20 turun oyunlarının ən azı yarısında heç-heçə edən üçüncü komanda olub. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi son olaraq Misli Premyer Liqasının XX turunda "Sumqayıt"la qolsuz bərabərə qalıb. "Bayquşlar" keçirdiyi 20 matçda 10-cu dəfə sülhə razılaşıb.

Mütləq rekord 2012/2013 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/2015 mövsümündə “İnter” adı ilə 10 bərabərliyə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə