Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulub.
SİA xəbər verir ki, turnir cədvəlinin lideri "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun yeganə qoluna 7-ci dəqiqədə Musa Qurbanlı imza atıb. Tovuz təmsilçisində 90-cı dəqiqədə Kauan, 90+4-cü dəqiqədə isə Otto Con fərqlənib.
Bu nəticədən sonra 50 xala malik "Qarabağ" ilk, xallarını 35-ə çatdıran "Turan Tovuz" isə 4-cü pillədə qalıb.
Günün ilk oyununda "Araz-Naxçıvan" "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə