"Liverpul" Premyer Liqada yeni azarkeş rekorduna imza atıb

"Liverpul" Premyer Liqada yeni azarkeş rekorduna imza atıb

"Liverpul" İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. SİA xəbər verir ki, Mersisayd təmsilçisinin ötən gün doğma meydanda "İpsviç"lə keçirilən görüşünü (4:1) 60 min 420 tamaşaçı izləyib. Bu, Premyer Liqa matçında "Liverpul"un yeni tamaşaçı rekordudur.

Qeyd edək ki, "Liverpul" 53 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə