Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçiriləcək
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçiriləcək. SİA xəbər verir ki, hər üç matç eyni gündə baş tutacaq.
Çempionatın lideri “Abşeron” aşkar autsayder UNEC-i sınağa çəkəcək. Digər iki matçda turnir cədvəlindəki qonşular üz-üzə gələcək. “Murov Az Terminal” "Azərreyl"lə, “Milli Aviasiya Akademiyası” isə “Gəncə” ilə görüşəcək.
Qeyd edək ki, matçlardan ikisi GİN-in Voleybol Mərkəzi, biri UNEC-in idman zalında baş tutacaq.
Yüksək Liqa
Qadınlar
VII tur
21 yanvar
16:00. “Murov Az Terminal” - "Azərreyl"
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Abşeron”
UNEC-in idman zalı
18:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
GİN-in Voleybol Mərkəzi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB