Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, VI turun oyunları yanvarın 17-si və 18-də keçiriləcək.

İlk gündə, saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" maçları baş tutacaq. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.

Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə