"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb

"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb

"Qarabağ"dan ayrılan Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, 28 yaşlı hücumçu Braziliya təmsilçisi ilə müqavilə imzalayıb.

2023-cü ilin yayından ağdamlıların formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Olavio "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə