Qvardiola xanımından ayrıldı - FOTOLAR

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra ayrılıb. SİA bu barədə “Marca” nəşrinə istinadən xəbər verir. Məlumata görə, ispan məşqçi və Serra ötən ilin dekabrında münasibətlərinə son qoymaq qərarına gəliblər. Bildirilir ki, onlar yaxın dostlarından və ailə üzvlərindən ayrıldıqları barədə mediaya danışmamağı xahiş ediblər.

Qeyd edək ki, Qvardiola və Kristinanın münasibəti 1994-cü ildə Pep “Barselona”da oynadığı vaxt başlayıb. 2014-cü ildə isə onlar münasibətlərini rəsmiləşdirməyə qərar verərək Matadepera bölgəsində evləniblər. Onların bu evlilikdən Mariya (24), Marius (22) və Valentina (17) adlı üç uşaqları var.

Bütün xəbərlər Facebook səhifəmizdə